Azərbaycanda orta ömür həddi açıqlandı - RƏSMİ

Azərbaycanda orta ömür həddi açıqlandı - RƏSMİ

-- Orta ömür həddi 75,2 ildir

Azərbaycanda orta ömür həddi 75,2 ildir.
 
Maide.Az APA-a istinadla bildirir ki,  bu barədə Tibbi turizm üzrə Alman-Azərbaycan biznes forumunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov bildirib.
 
Direktor forum zamanı Azərbaycanda səhiyyə sahəsində həyata keçiriləcək islahatlardan danışıb. Onun sözlərinə görə, talassemiya Mərkəzində 3100 xəstə müalicə alır: "2017-ci ildə Talassemiya Mərkəzində müalicə alan 12 nəfər üzərində ilik transplantasiyası əməliyyatı aparılıb".
 
İSİM rəhbəri bildirib ki, Azərbaycanda tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır: "2017-ci ildə tədarük olunan qanın miqdarı 37 tondan çox olub". 
 
Azərbaycanda 225 min şəkərli diabet xəstəsinin dövlət tərəfindən dərman preparatları ilə təmin olunduğunu vurğulayan C. Məmmədov qeyd edib ki, ölkədə hemofiliyadan ölüm göstəriciləri azalıb.
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada gözlənilən orta uzunömürlülük həddinin 2000-ci ildən 5 il artdığını bildirir. Bu, 1960-cı ildən ən kəskin artımdır.  Qlobal göstəricilərə əsasən, 2015-ci ildə anadan olan uşağın gözlənilən orta ömür müddəti 71.4 il təşkil edəcək.  Qızlar 74 il, oğlan isə təqribən 69 il yaşaya bilər.
 
Eyni zamanda ÜST ekspertləri real göstəricinin insanın nə dərəcədə əlverişli ölkədə dünyaya gəlməsindən asılı olduğuna diqqət çəkirlər.
 
Qadınların ən yüksək orta uzunömürlülük səviyyəsi Yaponiyada (86.8 il), kişilərdə isə İsveçrədə (81.3) qeydə alınıb. Ən qısa ömür Syerra-Leonedədir - qadınlarda 50, kişilərdə 49 yaş.
 

 

Google+ WhatsApp ok.ru