Azərbaycanda 162 nəfər bu səbəbdən ölüb - 3 AYDA

Azərbaycanda 162 nəfər bu səbəbdən ölüb - 3 AYDA

-- yanvar-mart aylarında ölkənin avtomobil yollarında

2018-ci ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 376 yol nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az Dövlət Statistika Komitəsinin hesablamalarına istinadən xəbər verir ki 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
 
Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 11,9 faiz azalaraq 505 nəfər olub. Onlardan 162-si həlak olub, 343-ü isə yaralanıb. Hadisələrin 35,1 faizi gündüz, 37,2 faizi gecə, 27,7 faizi isə toran vaxtı baş verib, 26,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
 
Yol-nəqliyyat hadisələrinin 91,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 136 nəfər, yaralananların sayı isə 15,0 faiz azalaraq 328 nəfər olunub. 
 

Google+ WhatsApp ok.ru