Azər Qasımlı 30 sutkalıq həbs edildi

Azər Qasımlı 30 sutkalıq həbs edildi

-- vəkil Elçin Sadıqov məlumat verib

 Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyasının təmsilçisi Azər Qasımlıya 30 sutka həbs verilib.
 
Maide.az “contact.az”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Elçin Sadıqov məlumat verib:
 
"Məhkəmədə o polisə tabe olmamaqda günahlandırıldı. Polisin iddasına görə, O küçədə ünvansız söyüşlər söyüb. Azər Qasımlı ittihamı qəbul etmədi. O, hesab edir ki, inzibati qaydada həbsi, mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə yürüş keçirmələri ilə bağlıdır."
 
"REAL" partiyasının digər məclis üzvü Natiq Cəfərli Turan-a bildirib ki, "Respublikaçı Alternativ" partiyasının məclis üzvü Azər Qasımlı mayın 29-da əvvəlcə Baş Prokurorluğa çağırılıb, orada onunla yarım saat söhbət ediblər. Bundan sonra Qasımlı çağırışla Yasamal Rayon Polis İdarəsinə gedib.

Google+ WhatsApp ok.ru