Azərbaycan təhsil sistemini qarşıda dəyişikliklər gözləyirmi?`

Azərbaycan təhsil sistemini qarşıda dəyişikliklər gözləyirmi?`

-- Azərbaycan təhsilini gözləyən üç dəyişiklik

"Exo" qəzetində isə "Azərbaycan təhsil sistemini qarşıda dəyişikliklər gözləyirmi?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif təhsil sahəsindəki mümkün dəyişikliklər gözləntilərini Azərbaycan Diplomatiya Akademiyasının prorektoru Fariz İsmayılzadə ilə dəyərləndirir.
 
"Azərbaycanda ümumtəhsil sisteminə bəzi dəyişikliklərin edilməsi artıq zərurətdir", bunu Bakıda GlobalŞharez cəmiyyəti iştirakçılarının start götürən 6-cı görüşündə F.İsmayılzadə bildirib.
 
Müəllif deyir ki, görüş çərçivəsində ilk panel sessiya Azərbaycanın və regionun digər ölkələrində təhsil sisteminin trnasformasiyası məsələsinə həsr edilib.
 
F.İsmayılzadəyə görə, Azərbaycan və regionda tətbiq etmək istədikləri üç başlıca dəyişiklik var: "Bunardan birincisi informasiya və faktların yadda saxlanması faktından onun analitik düşüncəyə çevrilməsinə keçilməsidir".
 
F.İsmayılzadə deyir ki, internetdə böyük həcmdə informasiya var ki, saniyələr içində oraya giriş mümkündür, amma indi əsas məsələ bu və ya digər problemi həll etmək üçün bu faktlardan necə istifadə etmək məsələsidir.
 
F.İsmayılzadə bildirir ki, ikinci dəyişiklik istiqaməti təhsil sisteminin daha çevik qurulmasıdır ki, sürətlə dəyişən dünya təhsili ilə ayaqlaşa bilsin.
 
F.İsmayılzadəyə görə, üçüncü dəyişiklik gözlənilən istiqamət isə təhsilin ənənəvi metod təzyiqlərindən kənara çəkilərək onlayn kurslar kimi sistemi ümumtəhsil sisteminə tətbiq etməkdir.
 
Sessiyanın məruzəçilərindən biri olan F.İsmayılzadənin düşüncəsinə görə, belə addımlar təhsili daha əlçatan edə bilər.
 
Müəllif deyir ki, Global Shapres cəmiyyəti iştirakçılarının VI Bakı görüşündə təhsil islahatları, sahibkarlıq və texnologiyaların inkişafı, dəyişikliklər dövrndə insan kapitalının inkişafı və s. məsələlər müzakirə edilir.
 
Müəllif deyir ki, bu cəmiyyət müxtəlif fəaliyyət sahələrində uğurlar əldə edən və cəmiyyətin inkişafına öz töhfəsini vermək istəyən 30 yaşına qədər şəxsləri birləşdirir.
 
Yazı müəllifinə görə, bu il görüş üçün vasitə olaraq regional transformasiya mövzusu seçilib və diskussiyaların əsas məqsədi iştirakçılara təcrübə və ideyaları ilə bölüşmək, əlaqələri daha da gücləndirmək, perspektivdə regionun inkişafına fayda verəcək əməkdaşlığı gücləndirə bilməkdir.
 
Müəllif deyir ki, Global Shapers Cəmiyyəti Davos Forumunu təsis edən professor Klaus Şvab tərəfindən 2011-ci ildə təsis olunub, cəmiyyət naminə öz bacarıqlarını inkişaf etdirən hər bir şəxsi təsis burada iştirakçı ola bilər. Diskussiya dünya ÜDM-nin 30%-ini istehsal edən 24 ölkənin təmsilçilərini birləşdirir.(contact.az)
 

Google+ WhatsApp ok.ru