Azərbaycandakı zəlzələ Rusiya, Gürcüstan və Ermənistanda hiss olunub

Azərbaycandakı zəlzələ Rusiya, Gürcüstan və Ermənistanda hiss olunub

-- Zaqatalada 6 bal gücündə zəlzələ baş verib

Rusiya Federasiyasının Dağıstan respublikasının sakinləri Azərbaycanda ötən gecə baş verən zəlzələni hiss ediblər.
 
Maide.Az APA-a istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan FHN-in nümayəndəsi bildirib.
 
“Saat 21.50-də (Bakı vaxtı ilə 22.50) episentrinin Azərbaycanda yerləşdiyi zəlzələ barədə məlumat daxil olub. Dağıstan ərazisində zəlzələ 3-4 bal gücündə hiss olunub”, - deyə qurumdan bildirilib.
 
Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonunda 6 bal gücündə baş verən zəlzələ Gürcüstan və Ermənistan ərazilərində də hiss olunub.
 
Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib.
 
 

Google+ WhatsApp ok.ru