Azərbaycanda İran mədəniyyəti günləri keçiriləcək 21 İyun 2018 01:00 Xəbərlər -- İranın mədəniyyət və islami irşad naziri Bakıya səfər edəcək İyunun 27-dən iyulun 1-dək ölkəmizdə İran mədəniyyəti günləri keçiriləcək. Maide.Az xəbər verir ki, mədəniyyət günləri çərçivəsində İranın incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin təşkili, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulur. Mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və digər sənət adamlarının bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, habelə təcrübə mübadiləsinin genişlənməsinə rəvac verəcək. Mədəniyyət günləri çərçivəsində İran İslam Respublikasının mədəniyyət və islam irşad naziri Seyid Abbas Salehinin başçılığı altında tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfər edəcək. Teqlər : #Azərbaycanda İran mədəniyyəti günləri keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəşmirdə “Mərkəzi İdaretmə” elan olundu Bərdədə xidməti müqavilə ilə çalışan 170 nəfər şikayətçidir