Azərbaycanda mobil tipli heyvan kəsimi yerləri yaradılacaq

Azərbaycanda mobil tipli heyvan kəsimi yerləri yaradılacaq

-- heyvanların kəsilərək satılması üçün xüsusi yerlər yaradılacaq

 Azərbaycanda heyvanların kəsilərək satılması üçün xüsusi yerlər yaradılacaq.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
 
Q.Təhməzli bildirib ki, küçələrdə və müəyyən edilməyən yerlərdə heyvanların kəsilməsinin qarşısı alınacaq:
 
"Bəzən həyətlərdə, göz qabağında kəsilən heyvanların ətinin alınmasına üstünlük verirlər. Bu, düzgün deyil. İri və xırdabuynuzlu heyvanların mobil tipli kəsim yerləri yaradılacaq. Bununla bağlı işlər görülür və biz sahibkarlara da bu barədə məlumat vermişik. Sahibkarlar özləri də bu sahədə maraqlıdırlar".
 
Qeyd edək ki, iyunun 11-də Prezident İlham Əliyev heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Google+ WhatsApp ok.ru