Azərbaycanda əhalinin 40,1 faizi plastik paketlərin təhlükəsindən məlumatsızdır

Azərbaycanda əhalinin 40,1 faizi plastik paketlərin təhlükəsindən məlumatsızdır

Dünyada hər saniyə 160 min plastik paket istifadə olunur. Polimer materiallar təbiətdə heç vaxt çürümür.
 
Onların ulitizasiyası isə ətraf mühitə qarşısıalınmaz zərər vurur. Bir sıra ölkələrdə plastik paketlərin istifadəsindən imtina edilib.
 
Plastik paketlərin istifadəsinə görə Şri-Lankada 2 il, Hindistanda 3 il, Keniyada 4 il həbs cəzası tətbiq olunur. Yer kürəsinin hər sakini il ərzində 500 plastik paket istifadə edir.
 
Bu paketlər hazırlanarkən tərkibinə vurulan kimyəvi birləşmələr insanlarda bir sıra ağir xəstəliklərə səbəb ola bilər. Azərbaycanda keçirilən sorğu iştirakçilarının 40,1 faizi plastik paketlərin təhlükəsindən məlumatsızdır./ realtv.az /
 

Google+ WhatsApp ok.ru