Azərbaycanda anemiya diaqnozu qoyulan xəstə uşaqların SAYI açıqlanıb

Azərbaycanda anemiya diaqnozu qoyulan xəstə uşaqların SAYI açıqlanıb

Azərbaycanda ilk dəfə anemiya (qanazlığı) diaqnozu qeydə alınmış xəstə uşaqların sayı artır.
 
Maide.Az bildirir ki, Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2011-ci ildə Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018, 2016-cı ildə 28 948, 2017-ci ildə 29167 nəfər olub.
 
Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 845,2 nəfər, 2015-ci ildə isə 1087,7 nəfər, 2016-cı ildə 1114, 2017-ci ildə 1117,0 nəfər olub.
 
Ötən il 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq, boy atmanın ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub.
 

Google+ WhatsApp ok.ru