Azərbaycanla İran arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib

Azərbaycanla İran arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini Reza Müzəffəriniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Maide.Az bildirir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
 

Google+ WhatsApp ok.ru