Azərbaycan bu gün doğulan körpələrlə bağlı nə itirir?

Azərbaycan bu gün doğulan körpələrlə bağlı nə itirir?

bu gün dünyaya gələn uşaqlara tam təhsil verilsəydi, sağlamlıqlarının qayğısına tam qalınsaydı...

Azərbaycan, Ekvador, Meksika və Tailand kimi ölkələrdə bu gün dünyaya gələn uşaqlara tam təhsil verilsəydi, sağlamlıqlarının qayğısına tam qalınsaydı, gələcəkdə 40% daha məhsuldar işçilərə çevrilərdilər. Mərakeşdə, Əl-Salvadorda, Tunisdə və Keniyada doğulan uşaqlarsa 50% daha məhsuldar ola bilərdilər.
 
Bunu  bildirir.
 
İndeksdə bildirilir ki, dünyada doğulan uşaqların 56 faizi həyatları boyu potensial qazanclarının yarıdan çoxunu itirəcəklər. Niyə?
 
Çünki hökumətlər hazırda əhalisinin səhhətinə, sağlamlığına səmərəli investisiya qoymur.
 
İnsan kapitalı – bilik, bacarıqlar və sağlamlıq 20-ci əsrdə bir çox ölkələrin, özəlliklə də Şərqi Asiya ölkələrinin davamlı iqtisadi artımında, yoxsulluğu azalda bilməsində əsas faktor olub.
 
İnsan Kapitalı İndeksi bu gün doğulan uşağın 18 yaşına çatanda əldə etdiyi insan kapitalını ölçür, onun yaşadığı ölkədə səhiyyə, təhsil riskləri nəzərə alınır.
 
Nələr öyrənilir:
 
Sağ qalmaq – Bu gün doğulan uşaqlar məktəb yaşına çatırmı?
 
Təhsil – Nə qədər təhsil ala bilirlər və nə öyrənirlər?
 
Sağlamlıq – Uşaqlar məktəbi sağlam bitirirlərmi, yetkinlik yaşına çatmış şəxs kimi əlavə təhsilə, yaxud işləmə hazırdılarmı?
 
İQTİSADİ İTKİLƏR
 
Beləliklə İnsan Kapitalı İndeksi bu gün doğulmuş körpənin gələcək işçi kimi məhsuldarlığını göstərir. Qiymətləndirmə 0-1 şkalası üzrə aparılır. 1 ən yaxşı göstəricidir.
 
Məsələn, ölkə 0,5 bal toplayıbsa, bu o deməkdir ki, onun sakinləri və ölkə özü bütünlükdə gələcək iqtisadi potensialının yarısını əldə vermiş olur. 50 illik zaman kəsimi üzrə hesablayanda, bu, özünü dərin iqtisadi itkilərdə göstərir: ÜDM artımında 1,4 faizlik illik itki deməkdir.
 
Azərbaycan 157 ölkə içində 69-cu yerdədir. Qonşulardan Gürcüstan 61, Ermənistan 78, Rusiya 34, İran 71-ci pillədə qərarlaşıb.
 
Qabağa getməksə mümkündür, heç vaxt gec deyil. Məsələn, Polşa 1990-2015-ci illərdə təhsil islahatları gerçəkləşdirib və OECD ölkələri üzrə keçirilən PISA imtahanlarının göstəriciləri üzrə sürətlə irəliləyə bilib.
 
Vyetnam bu yaxınlarda OECD-nin orta PISA balı üzrə birinciliyi əldə edib.
 
Malavi 20 il ərzində cırtdanboyluluq göstəricilərini 20 faizədək azalda bilib və sairə. /azadliq.org /

Google+ WhatsApp ok.ru