Azərbaycanlı dənizçilər batmış teploxoddan xilas ediliblər

Azərbaycanlı dənizçilər batmış teploxoddan xilas ediliblər

Qara dəniz sularında Panama bayrağı altında üzən və metal daşıyan teploxod batıb.
 
Maide.Az "Faktxeber.com" a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat verib. 
 
Gəmi Azov limanından yola çıxıb.
 
Teploxodda olan 6 Azərbaycan vətəndaşı xilas edilib. 
 
Qurumdan verilən məlumata görə, xlas edilən dənizçilərin həyatları və sağlamlıqları üçün təhlükə yoxdur.
 

Google+ WhatsApp ok.ru