Azərbaycanlı şairlər Təbrizdə

Azərbaycanlı şairlər Təbrizdə

 
Azərbaycanlı Əhli-Beyt (ə) şairləri İranın Bakıdakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Təbrizə səfər edib. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,Təbrizdə səfərdə olan Azərbaycanlı şairlər bu gün bu şəhərdə keçiriləcək "Azərbaycan Aşura ədəbiyyatı"nın beynəlxalq anım toplantısında iştirak edəcək.
 
İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri Mərkəzinin və Təbriz universitetinin həmkarlığı ilə keçirilən beynəlxalq toplantıya Azərbaycandan Əhli-beyt (ə) şairləri Sənan Bədəlov, Elgün Salahlı, Yaşar Abdullayev, Gülbala Baləhmədov, Rəşad Novruzov, Bəhruz Əmirov və digərləri dəvət edilib.
 
"Azərbaycan Aşura Ədəbiyyatı" beynəlxalq toplantısının keçirilməsindən məqsəd Aşura dəyərlərinin təbliğ edilməsidir. 
 
Gürcüstan, Türkiyə, İran və Azərbaycandan Əhli-beyt (ə) şairlərinin iştirak etdiyi bu toplantı bu gün, günün ikinci yarısında (15:00) Təbriz Universitetində baş tutacaq. 
 

Google+ WhatsApp ok.ru