Azərbaycan rəqabətlilik indeksində 2 dəfə geriləyib

Azərbaycan rəqabətlilik indeksində 2 dəfə geriləyib

Dünya İqtisadi Forumu «Qlobal Rəqabətlilik Hesabatı 2018-2019» adlı sənədi açıqlayıb.
 
Azərbaycan 140 iqtisadiyyat içində 69-cu yeri tutub.
 
1-ci yerdə Birləşmiş Ştatlardır.
 
2017-cı ildə Azərbaycan 140 iqtisadiyyat içində 35-ci olmuşdu.
 
Postsovet məkanında mənzərə belədir:
 
Estoniya - 32
 
Litva - 40
 
Latviya-42
 
Rusiya-43
 
Qazaxıstan - 59
 
Gürcüstan -66
 
Azərbaycan-69
 
Ermənistan-70
 
Ukrayna-83
 
Moldova-88
 
Qırğızıstan-97
 
Tacikistan-102
 
Rəqabətlilik 12 göstəriciyə əsasən hesablanır – dövlət qurumları; infrastruktur, İKT-nin qəbulu, makroiqtisadi sabitlik, səhiyyə, bacarıqlar, məhsul bazarı, əmək bazarı, maliyyə sistemi, bazarın ölçüsü, biznesin dinamikliyi, innovasiya qabiliyyəti.
 
Dünya İqtisadi Forumu budəfəki hesabatın hazırlanmasında istifadə olunan metodologiyanı yeni nəsil “4.0” kimi təqdim edib. Öncəki illərdən fərqli olaraq hesabata yeni indikatorlar salınıb. Əvvəlki 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir. /azadliq.org/
 

Google+ WhatsApp ok.ru