Azərbaycanlı zəvvarların növbəti karvanı İraqa Ərbəin ziyartinə yollanıb

Azərbaycanlı zəvvarların növbəti karvanı İraqa Ərbəin ziyartinə yollanıb

Hicri-qəməri tarixi ilə səfər ayının ilk həftəsindən başlayaraq Azərbaycandan İraqa Ərbəin ziyarətinə zəvvarların yollanması başlayır.
 
Maide.Az  xəbər verir ki, ötən gün daha bir neçə zəvvar karvanı Ərbəin ziyarətinə yollanıb.
 
Ötən gün Bakının Bibi-Heybər və Əjdərbəy məscidləri, 20 yanvar abidəs və sair məkanlarından start götürərək, İran və İraq istiqamətdə ondan artıq zəvvar avtobusu yola düşüb.
 
Hər il olduğu kimi səfər ayında bu ildə də minlərlə zəvvar ölkəmizdən Kərbəlaya yollanıb.
 
Təxmini statistikaya görə bu il Azərbaycandan Kərbəlaya Ərbəin ziyarətinə 12 mindən çox zəvvar gedəcəyi ehtimal olunur.
 
Zəvvarların Ərbəin ziyarəti təqribən iki həftə sürəcək və onlar səfər ayının 20-dən (30 oktyabr) sonra tədricən vətənə dönməyə başlayacaqlar.

Google+ WhatsApp ok.ru