Azərbaycanda 180 manata yaşamaq mümkündürmü?

Azərbaycanda 180 manata yaşamaq mümkündürmü?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BBC News Azərbaycancaya deyib ki, gələn il üçün ehtiyac meyarının həddi 13 manat artırılıb.
 
"Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib. Bu il bu rəqəm 130 manat idi".
 
Yaşayış minimumu isə bu illə müqayisədə 7 manat artırılır.
 
Vahid Əhmədov söyləyib ki, parlamentə təqdim edilən qanun layihəsində 2019-cu il üçün ölkə üzrə yaşayış minimumu 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsi nəzərdə tutulur.
 
2018-ci il üçün ölkə üzrə yaşayış minimumu 173 manatdır.
 
Bəs görəsən Azərbaycanda 180 manata yaşamaq mümkündürmü?
/ bbc /

Google+ WhatsApp ok.ru