Azərbaycanın 9 aylıq “yol terroru” - 527 ölü, 1244 yaralı

Azərbaycanın 9 aylıq “yol terroru” - 527 ölü, 1244 yaralı

“2018-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının daxilində 1284 yol-nəqliyyat hadisəsi qeydə alınıb”.
 
Maide.Az bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev deyib:
 
“Həmin qəzalarda 527 nəfər dünyasını dəyişib, 1244 nəfər isə xəsarət alıb. Ötən ilin cari dövrü ilə müqayisədə rəqəmlərdə azalma müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələri 3,7 faiz, ölənlər sayı 4,9 faiz, xəsarət alanlar isə 1,3 faiz azalıb”.
 

Google+ WhatsApp ok.ru