Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb.
 
Maide.Az bildirir ki, “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 25-dən 26-ə keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürüb.
 
Bölgəyə fasilələrlə yağış yağıb, bölgənin düzənlik ərazilərində havanın hərarəti müsbət 8 dərəcəyə qədər aşağı düşüb.
 
Oktyabrın 26-dan 27-ə keçən gecə isə Böyük Qafqaz dağlarının cənub ətəyinin Şəki, Qax, Zaqatala və Balakən rayonlarına düşən hissəsinə ilk qar yağıb.
 
Bundan əvvəl Qəbələ rayonu ərazisində zəlzələ olub.

Google+ WhatsApp ok.ru