Azərbaycan, Türkiyə, İran XİN başçılarının növbəti görüşü İranda keçiriləcək

Azərbaycan, Türkiyə, İran XİN başçılarının növbəti görüşü İranda keçiriləcək

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VII üçtərəfli görüşünün keçiriləcəyi ölkənin adı açıqlanıb.   
 
XİN başçıları növbəti dəfə İranda bir araya gələcəklər. 
 
Bu barədə qərar Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif arasında oktyabrın 30-da İstanbulda baş tutan altıncı üçtərəfl görüşündə qəbul olunub.
 
Görüşün hansı şəhərdə və nə zaman keçirilməsi hələlik dəqiqləşdirilməyib.
 
XİN başçıları eyni zamanda üçtərəfli Sektoral Əməkdaşlıq Fəaliyyət Planının müddətinin 2018-ci ilin sonunda yekunlaşdığını nəzərə alaraq, fəaliyyət planının növbəti üç ilə 2021-ci ilin sonunadək uzadılmasına razılaşıblar.
 

 

Google+ WhatsApp ok.ru