Azərbaycanda vaxtından əvvəl doğuşların sayı 10 faiz təşkil edir

Azərbaycanda vaxtından əvvəl doğuşların sayı 10 faiz təşkil edir

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada 15 milyon vaxtından əvvəl doğuş qeydə alınır.
 
Maide.Az bildirir ki,Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Quba Regional Perinatal Mərkəzində (RPM) Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü ilə əlaqədar təşkil olunan konfransda bildirilib.
 
Bu körpələrin təxminən bir milyona yaxını (7 faiz) tələf olur. 184 ölkədə vaxtından əvvəl doğuşların sayı 5-18 faiz arasında dəyişir. Azərbaycanda isə bu göstərici 10 faiz təşkil edir. Vaxtından əvvəl doğuşların 60 faizindən çoxu yoxsul Afrika və Asiya ölkələrində baş verir və həmin uşaqların da yarısı tələf olur.
 
Quba Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova diqqətə çatdırıb ki, hamiləliyin 22-37-ci həftəsində baş verən doğuşlar vaxtından əvvəl doğuş hesab olunur. Vaxtından əvvəl doğuşlar əsasən çoxdöllü hamiləliklər, bətndaxili infeksiyalar, hamilələrin ekstraqenital patologiyaları (diabet, yüksək arterial təzyiq, ürək və böyrək xəstəlikləri) və irsi faktorlar səbəbindən baş verir.
 
 

Google+ WhatsApp ok.ru