Azərbaycan təhsilinin ‘repetitorluq problemi’

Azərbaycan təhsilinin ‘repetitorluq problemi’

Müəllifə görə, bundan istər yerli və ya mərkəzi aidiyyatı qurumların xəbərləri var

"Azadlıq.info"da "Mingəçevir təhsilinin baş bəlası-repetitorluq" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif repetitorluğun orta məktəblərdə təhsilin keyfiyyətinə vurduğu ziyanları araşdırır.
 
Müəllifin deməsinə görə, repetitorluq Mingəçevirdə təhsilin baş bəlasına dönüb, şəhərin tam orta təhsil verən əksər məktəblərində X-XI siniflər kağız üzərində "fəaliyyət" göstərir.
 
Yazı müəllifi iddia edir ki, bəzi müəllimlər məktəbdə faktiki gün keçirir, təhsilin keyfiyyətsizliyini görən valideynlər əlavə imkanlardan - repetitorluqdan istifadə edirlər: "Valideynlərdə belə bir fikir formalaşıb ki, dərsdənkənar hazırlıqsız ali məktəbə qəbul olmaq mümkün deyil. Buna görə də övladını gələcəkdə ali məktəb tələbəsi kimi görmək arzusu ilə yaşayan əksər valideynlər artıq 9-cu sinifdən (bəzən daha tez) onu fərdi müəllim yanına göndərirlər".
 
Müəllif isə düşünür ki, repetitor yanında hazırlıq özünü bütün dünyada təsdiqləmiş xidmət olsa da istənilən halda, repetitor yanında əlavə dərs almaq şagirdlərin, eləcə də valideynlərin böyük bəlasıdır.
 
Yazı müəllifi hesab edir ki, repitetor yanına gedən şagirdlər dərslərə gəlmir, adları sinifdə ancaq eyd edilir, yoxlama olduqda məktəbdə görünürlər, bu isə məktəb mühitini dağıdır.
 
Müəllif iddia edir ki, Mingəçevir şəhərində orta məktəblərin verdiyi aşağı təhsil səviyyəsi repetitorluq üçün şans yaradır, əksər müəllimlər dərs dediyi şagirdləri fərdi şəkildə evdə təşkil etdiyi dərslərə cəlb edirlər.
 
Müəllif deyir ki, repitetordan dərs almaq qiymətləri kifayət qədər yüksəkdir, Mingəçevir kimi kasıb şəhərdə bir şagirdin 4-5 fəndən repetitor yanına getməsi valideynə orta hesabla 150 manata və daha baha başa gəlir.
 
Müəllif viurğulayır ki, hələ bir evdən 2-3 uşağın hazırlığa getdiyini nəzərə alsaq, ortada necə böyük pulların dövr elədiyini təsəvvürə gətirmək çətin olmaz.
 
Müəllifə görə, bundan istər yerli və ya mərkəzi aidiyyatı qurumların xəbərləri var.
 
Yazı müəllifi söhbətləşdikləri şagirdlərə istinadən "qiyabi"yə çıxmağın (yəni, dərsə getməməyin-red) qiymətləri və şərtləriylə maraqlandığını deyərək bu rəqəmin 150-300 manat arasında dəyişdiyini bildirir.
 
Müəllifin deməsinə görə, söylənilənlərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün adıçəkilən məktəblərə getsələr də məktəblərə buraxılmadıqlarını deyir və bunu deyilənlərin gerçəkliyinə heç bir şübhə yeri olmaması kimi dəyərləndirir.
 
Müəllifə görə, "repitetorluq problemi"nin qarşısını almaq üçün ilk növbədə məktəblərdə vaxtaşırı monitorinqlər təşkil edilməlidir.

Google+ WhatsApp ok.ru