Azərbaycanda uşaq yaşda ölüm sayı yüksəkdir

Azərbaycanda uşaq yaşda ölüm sayı yüksəkdir

"2010-2018-ci illərdə regionun şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 min nəfərdən 5 min nəfərə düşmüş, 2015 illə müqayisədə 2017-cı ildən təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enib.
 
Qeyd olunub ki, burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olub".
 
Maide.Az "Sputnik"-ə istinadla xəbər verir ki, fəlsəfə doktoru Etibar Bədəlov "Aran iqtisadi-coğrafi rayonunda urbanizasiya prosesi və demoqrafik inkişaf problemləri" mövzusunda çıxışında belə deyib.
 
Professor ölüm əmsalı və boşanmaların dinamikası haqda da məlumat verib: "Ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir. Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir. Nikahlarda azalma (7,5-6,5), boşanmalarda isə sürətli artım (1,5-1,8) müşahidə olunur".
 
E.Bədəlov körpə ölümünə görə şəhərlə kənd əhalisi arasında böyük fərqlər olduğunu bildirib ki. O qeyd edib ki, ölkəmizdə uşaq yaşda (0-14) ölüm sayının 10 %-dən yüksək olması qonşu ölkələr arasında ən böyük göstəricidir.
 
Tədqiqatçının fikrinə görə demoqrafik proseslərdə baş verən mənfi proseslərin qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlər görülməlidir.

Google+ WhatsApp ok.ru