Azərbaycanın ÜDM-i 1 faiz artıb

Azərbaycanın ÜDM-i 1 faiz artıb

 
2018-ci ilin 11 ayında Azərbaycanda ümumi daxili məhsulun illik həcmi 1% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
İlin əvvəlindən ÜDM-in həcmi 72,4 milyard manat təşkil edib. 2017-ci ilin müqayisəli dövrünə nisbətən qeyri-neft ÜDM 1,3%, neft ÜDM-i isə 0,3% artıb. Bu ilin 11 ayı ərzində ÜDM strukturunda qeyri-neft sektorunun payı 57,4% təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM (7378,5 manat) 0,1% artıb. /contact.az /

Google+ WhatsApp ok.ru