Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub

Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub

Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub Cari il ərzində Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub. Maide.Az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib. O bildirib ki, bu istiqamətdə görülən işlərin məqsədi həmin kitablarda qeyd edilən yanlış fikirlərin təbliğinin qarşısını almaqdır: “Həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin olması və müəyyən məqsədlərlə xidmət etməsi aşkarlanıb. Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq olunub. Həmin kitablar milli-mənəvi dəyərlərimizə zidd təbliğata xidmət etdiyindən qərəzli və ölkə əleyhinə məlumatlar yaymağa cəhd etdiyindən qarşısı alınır. Bu kimi kitabların sayı təxminən 800-ə yaxındır”.

Google+ WhatsApp ok.ru