Azərbaycanlılar 0,1 faiz yoxsullaşıb - Qubad İbadoğlu

Azərbaycanlılar 0,1 faiz yoxsullaşıb - Qubad İbadoğlu

MDB-nin Statistika Komitəsi təşkilatın üzvü olan ölkələrdə iqtisadi proseslər barədə məlumat verib.
 
Son üç ildə MDB-də autsayder olan Azərbaycan bu il pis nəticələr göstərməyə davam edir.
 
Postsovet ölkələri arasında iqtisadi artım baxımından Azərbaycan 2018-ci ilin ilk 10 ayında sonuncu yeri tutur.
 
İqtisadçı Qubad İbadoğlu xatırladıb ki, Azərbaycan hökuməti və beynəlxalq təşkilatlar 2018-ci ildə Azərbaycanda 1,8-2% səviyyəsində ÜDM artımı proqnozlaşdırmışdı.
 
Amma gerçəklikdə pis oldu. MDB-nin Statistika Komitəsinin hesabatına görə, 2018-ci ilin 10 ayında ölkənin ÜDM-i bütövlükdə 0,8%, qeyri-neft ÜDM-i isə 1% artıb.
 
Ötən il eyni 10 ay ərzində qeyri-neft sektorunda ÜDM-in artımı 2,1 faiz təşkil edib.

Google+ WhatsApp ok.ru