Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır

Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır

 Bu gündən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır.

“Report” xəbər verir ki, minik avtobillərində mühərrikin həcmi 2 000kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə –0,30 manat (hazırda 0,20 manat), mühərrikin həcmi 3 000kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Vergitutma obyektinin adı

Minik avtomobilləri

- Mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda

- Mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda

- Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda

- Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda

- Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda

- İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Aksizin dərəcəsi

 

Mühərrikin həcminin hər kubsantimetrə görə - 0,30 manat

600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat

5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 manat

18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat

53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 70 manat

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 6 manat

 

 

 

Google+ WhatsApp ok.ru