Azərbaycanın şimal-qərbində Ay tutulmasını izləmək mümkün olub

Azərbaycanın şimal-qərbində Ay tutulmasını izləmək mümkün olub

 Bu ilin ilk Ay tutulmasını Azərbaycanın Şimal-Qərb bölgəsində izləmək mümkün olub.
 
Maide.Az xəbər verir ki, “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, səhər saat 07:40 radələrindən başlayaraq, ilin ilk Ay tutulması Zaqatalada müşahidə olunub.
 
Proses saat 08:10 radələrinə qədər davam edib. 
 
Bu ilin ilk Ay tutulması əsasən Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkin olub.
 
Qeyd edək ki, növbəti və qismən Ay tutulması iyulun 17-də baş verəcək. Bu tutulma hadisəsi  Azərbaycanda müşahidə edilməyəcək. 

 

Google+ WhatsApp ok.ru