`Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır`

`Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır`

"Azərbaycan əhalisinin 25 faizini 14-29 yaşlı gənclər təşkil edir. Bu da hökumətin uzunmüddətli siyasət aparması üçün zəmin yaradır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır".
 
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Gənclərin məşğulluğu: İşəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
 
Onun sözlərinə görə, ölkədə bu gün 14-29 yaşlı gənclər arasında işsizlik göstəricisi 9,2 faizdir: "Bu da ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir".(Report)
 

Google+ WhatsApp ok.ru