Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər

Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər

Dağıstanda Yaraq-Qazmalar məntəqəsindən dəmiryol nəqliyyatının keçidi sadələşdirilə bilər.
 
Maide.Az bildiri ki, Trend-in məlumatına görə, bunu Soçidə investisiya forumunda Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.
 
Nazir müavini bildirib ki, bu il həmin buraxılış məntəqəsinin inkişafına maliyyə vəsaiti ayrılıb və görüləcək işlər sayəsində Yaraq Qazmalar məntəqəsinin buraxılış qabiliyyəti artacaq, sərnişinlərin və sərnişin nəqliyyatının keçidi sadələşdiriləcək:
 
"Həmçinin qatarların hərəkəti zamanı sərhəd keçidinin daha tez rəsmiləşdirilməsi barədə danışıqlar aparılması planlaşdırılır".
 
O.Ruhullayevanın sözlərinə görə, Rusiya və Azərbaycan arasında sadələşdirilmiş sərhəd keçidi rejimi beynəlxalq turizm marşrutunun yaradılmasına imkan verəcək ki, bu da tez bir zamanda iki ölkə arasında turist mübadiləsini stimullaşdıracaq.
 

Google+ WhatsApp ok.ru