Azərbaycanda Od çərşənbəsi qeyd olunur 05 Mart 2019 09:58 Ölkə Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Maide.Az -nın xəbərinə görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 19-na təsadüf edir. Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 01:58 radələrində baş verəcək. Teqlər : #Azərbaycanda,#çərşənbəsi,#qeyd,#olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kolleci bitirənlər ali məktəblərə bu qayda ilə daxil ola biləcəklər – Yeni layihə razılaşdırma mərhələsindədir Bakıdan Yalta və Samaraya avtobus reyslərinə yenidən start verilir