Azərbaycan sərhədi yaxınlığında yüzdən çox adam xəstəxanaya düşdü

Azərbaycan sərhədi yaxınlığında yüzdən çox adam xəstəxanaya düşdü

Dağıstanın Xasavyurt şəhərində kütləvi zəhərlənmə nəticəsində 104 nəfər kəskin bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya düşüb.
 
Maide.Az "Sputnik"-ə istinadla xəbər verir ki, regional Səhiyyə Nazirliyinin saytında xəstəxanaya yerləşdirilənlər atasında 90 uşağın olduğu xəbər verilir.
Onların hamısının vəziyyəti orta ağırlıq dərəcəli hesab edilir. Zəhərlənənlərin hamısına vacib köməklik göstərilir.
 
Hələlik insanların sudan zəhərləndiyi bilinir. İnfeksiyanın mənbəyi barədə isə dəqiq məlumat yoxdur. Güman edilir ki, yağışlar zamanı Aktaş çayı məcrasından çıxaraq, heyvanların basdırıldığı ərazini batıb. Nəticədə Xasavyurtu içməli su ilə təchiz edən çaya infeksiya düşüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.

Google+ WhatsApp ok.ru