Azərbaycanda 450 uşağın avaralıq və dilənçiliklə məşğul olduğu müəyyən edilib

Azərbaycanda 450 uşağın avaralıq və dilənçiliklə məşğul olduğu müəyyən edilib

Ötən il ərzində Azərbaycanda hüquq mühafizə orqanları 450 azyaşlının avaralıq və dilənçiliklə məşğul olduğunu müəyyən ediblər.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, 2018-ci il ərzində polis orqanlarına 3000 azyaşlı gətirilib.
 
 Onlar valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qaldıqlarına, habelə qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına gətirilib. Həmin şəxslərin 450-si avaralıq və dilənçiliklə məşğul olan azyaşlı olub.
 
Onların hər biri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.
 

Google+ WhatsApp ok.ru