Azərbaycanda daha bir ana ölümü

Azərbaycanda daha bir ana ölümü

Neftçalada ana ölümü baş verib.
 
1997-ci il təvəllüdlü Gülnaz Elxan qızı Abdullayeva Neftçala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirdikdən sonra halı pisləşib və vəfat edib.
 
Onun dünyaya gətirdiyi körpə oğlan uşağıdır. 
 
Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, bu, qadının ilk hamiləliyi olub:
 
“Döl beş kiloqram olduğuna görə qeysəriyyə əməliyyatı etmək qərara alınıb. Əməliyyatdan sonra qadın palataya köçürülüb. Beş saat sonra 22 yaşlı qadın qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan ölüb.
 
Hüquq-mühafizə orqanları artıq araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək”.
 
Faktla bağlı araşdırma aparılır.  / İslaminSesi.info /
 

Google+ WhatsApp ok.ru