Azərbaycanlı ziyarətçilər Həccə avtobusla gedə biləcəkmi - RƏSMİ AÇIQLAMA

Azərbaycanlı ziyarətçilər Həccə avtobusla gedə biləcəkmi - RƏSMİ AÇIQLAMA

Səudiyyə Ərəbistanın Dövlət Xəbər Agentliyi VAS xəbər verib ki, Səudiyyə ilə İraq arasında əsas sərhəd keçid məntəqəsi olan əl-Ərər 6 aya açılacaq. Bildirilib ki, bütün xidmətləri göstərən keçidin açılmasından sonra İraqdan və digər qonşu ölkələrdən Səudiyyəyə və əksinə avtomobillərin keçidi də mümkün olacaq.
 
Bildiyimiz kimi əvvəllər də azrəbaycanlılar həccə avtobusla da gedirdilər və bu, Türkiyə-Suriya-İordaniya yolu ilə baş tuturdu.
 
Sözügedən quru yolunun açılmasından sonra Azərbaycanlı zəvvarlar üçün Həccə səfəri avtobuslarla da həyata keçirilə bilərmi?
 
Maide.Az bildirir ki, bununla bağlı Faktxeber.com-a açıqlama verən QMİ-nin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirdi ki, növbəti illərdən nəzərdə tutulan marşrut üzrə azərbaycanlı zəvvarların hərəkət etməsi nəzərdən keçirilə bilər.
 

Google+ WhatsApp ok.ru