Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunun qalibi oldu 25 Aprel 2019 14:56 İdman Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eqer şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. Maide.Az bildirir ki, Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Pərvin Məmmədov 49 kiloqram çəki dərəcəsinə qədər kişilərin yarışmasında ən yaxşı nəticəni göstərib. O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb. Qeyd edək ki, bu qələbə ilə Pərvin Məmmədov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb. Teqlər : #Azərbaycanlı,#paralimpiyaçı,#Dünya,#Kubokunun,#qalibi,#oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhəmməd Salah dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısında yer alıb Məhəmməd Salah ‘Liverpul’un tarixinə düşüb