Azəriqaz:  ‘Bütün abonentlər qaz limitinə nəzarət edə biləcəklər’

Azəriqaz: ‘Bütün abonentlər qaz limitinə nəzarət edə biləcəklər’

Yaxın 5-10 gün ərzində bütün abonentlər istifadə etdikləri qazın limitinə nəzarət edə biləcəklər, "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü BBC News Azərbaycancaya İbrahim Kərbəlayev deyib.
 
"Abonentlərə təqdim olunan bildirişdə illik istehlak olunmuş qaz həcmi kubmetrlə göstəriləcək. Həmçinin elektron, həm də mexaniki qaz sayğaclarından istifadə edən abonentlər ASAN Xidmət, ASAN Kommunal Mərkəzlərində baza - yəni ötən illər ərzində də sərf etdikləri qazın kubmetrini ödədikləri məbləğin bildirişləri ilə tanış ola, onların çap formasında əldə edə bilərlər".
 
"Azəriqaz": "Əhalinin 85 faizi güzəştli tarifdən istifadə edə biləcək"
 
İbrahim Kərbəlayev bildirib ki, "indiyə qədər yalnız smart kart sayğaclarından istifadə edən əhali qaz limitinə nəzarət edə bilirdi".
 
"Həmçinin terminallardan ödəniş olunan zaman qəbzin üzərində də illik qaz sərfiyyatı öz əksini tapacaq", - Azəriqaz İB sözçüsü deyib.
 
Tarif Şurası çərşənbə axşamı təbii qazın güzəştli məbləğlə istifadəsində tətbiq olunan illik limiti 500 kubmetr artırıb. Yəni, güzəştli istifadədə illik limit artıq 2200 kubmetrdir.
 
Bu o deməkdir ki, əhali 2200 kubmetrə qədər istifadə etdiyi qazın hər kubmetrinə 10 qəpik, limiti keçəndən sonra 20 qəpik ödəyəcək.
 
İndiyə qədər 10 qəpik ödənilən limit 1700 kubmetr idi.
 

Google+ WhatsApp ok.ru