Azərbaycanda bütün sənədsiz evlər rəsmiləşdiriləcək

Azərbaycanda bütün sənədsiz evlər rəsmiləşdiriləcək

"Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək".
 
Maide.Az "Qaynarinfo"a istinadla xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib.
 
Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq.
 
 
O deyib ki, komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq. 
 

Google+ WhatsApp ok.ru