Azərbaycanda 1125 nəfər əcnəbi qaçqın var

Azərbaycanda 1125 nəfər əcnəbi qaçqın var

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) qeydlərinə əsasən Azərbaycanda 1125 nəfər qaçqın var.
 
Maide.Az bildirir ki, bunu özəl olaraq Trend-ə BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev deyib.
 
Onun sözlərinə görə, qaçqın statuslu şəxslərin yarıdan çoxu – 636 nəfəri Əfqanıstan vətəndaşıdır. Qaçqınların ikinci böyük əksəriyyətini 388 nəfərlə Rusiya Federasiyasından olan çeçenlər təşkil edir.
 
Azərbaycandakı qaçqınların 44-ü İran, 15-i Pakistan, 15-i Suriya, 1-i Türkiyə, 26-sı isə digər ölkələrin vətəndaşlarıdır.
 
E.Ağayev qeyd edib ki, qeyd olunan qaçqınlarla yanaşı, beynəlxalq himayəyə ehtiyacı olduğunu iddia edən 886 nəfər şəxs də BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyində qeydiyyatdadır. Onların 547-si Əfqanıstan, 135-i Pakistan, 37-si Türkiyə, 35-i Suriya, 30-u Rusiya, 25-i İran, 77-si isə digər ölkələrin vətəndaşlarıdır.
 
Qeyd edək ki, BMT QAK milli hökumət qurumları ilə əmədaşlıq şəraitində dünyada olan qaçqınların və məcburi köçkünlərin himayəsi və rifahı üçün beynəlxalq müdaxilələrin idarə olunması və əlaqələndirilməsi vəzifəsini daşıyır. Təşkilat 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyət göstərir və didərginlik problemləri həllini tapana qədər ölkədə qaçqın, sığınacaq axtaran, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərə dəstək göstərilməsi üçün bütün təşəbbüslərə şərait yaratmağı qarşısına məqsəd qoyub.
 

Google+ WhatsApp ok.ru