Azərbaycanda DƏHŞƏT – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi

Azərbaycanda DƏHŞƏT – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi

Xırdalan şəhərində 2 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı daha bir rəsmi açıqlama verilib. 
 
Bildirilir ki, 13.06.2019-cu il səhər saatlarında Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin yaxınlığında məktəbin VII sinif şagirdi Qurbanəli Qurbanəliyevi futbol məşqinə gedərkən maşın vurub.
 
Hadisədən sonra şagird məktəbə gətirilib və Təcili Tibbi yardım çağrılıb. İlkin müayinə zamanı şagirddə ciddi xəsarət aşkar edilməyib. Şagird hazırda Kliniki Tibbi Mərkəzdə müayinə olunur.
 
Bundan əvvəl Səhiyyə Nazirliyilə qəza nəticəsində 1 şagirdin Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi bildirilmişdi: "Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyevə hazırda həkim nəzarətindədir".
 
Xatırladaq ki, Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib. “Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.
 
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər. / Baku.ws /
 

Google+ WhatsApp ok.ru