Azərbaycanın şimal bölgəsində leysan yağışları fəsadlar törədib

Azərbaycanın şimal bölgəsində leysan yağışları fəsadlar törədib

Azərbaycanın şimal bölgəsinə yağan leysan yağışları bir sıra fəsadlar törədib. 
 
Maide.Az "Report"a istinadla xəbər verir ki,  Şimal bürosunun məlumatına görə, Quba və Xaçmaz rayonlarında çaylarda suyun səviyyəsi artıb. 
 
Eyni zamanda Qubanın Vəlvələ və Qudyal çaylarının sahilindən keçən hissəsində olan yüksək gərginlikli elektrik dirəklərini sel suları aşırıb. Həmçinin Xaçmazın Qarğalıq kəndindən keçən hissəsində Qaraçay çayı məcrasından çıxaraq yaşayış məntəqəsinin bir hissəsindəki küçələrə və yola axıb.
 

Google+ WhatsApp ok.ru