Azərbaycan və Rusiya XİN rəsmiləri I Xəzər İqtisadi Foruma hazırlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Rusiya XİN rəsmiləri I Xəzər İqtisadi Foruma hazırlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə rusiyalı həmkarı, status-katib Qriqori Karasin arasında telefon danışığı baş tutub.
 
Maide.Az bildirir ki, bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
 
"Söhbət zamanı ikitərəfli əməkdaşlıq, eləcə də tərəflərin qarşıdan gələn I Xəzər İqtisadi Forumuna hazırlıq, beynəlxalq və regional məsələlər müzakirə olunub", - nazirliyin məlumatında deyilir.
 
Qeyd edək ki, I Xəzər İqtisadi Forumu 2019-cu il avqustun 12-də Türkmənistanın "Avaza" milli turizm zonasında keçiriləcək.
 

Google+ WhatsApp ok.ru