Azərbaycandan Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir

Azərbaycandan Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün müəyyən edilən 1400 nəfərlik kvota artıq dolub.
 
Maide.Az "Modern.az"a istinadla xəbər verir ki,bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
 
Qeyd olunub ki, adətən Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir. Bu il də qadın zəvvarların təqribən 40 faiz təşkil edəcəyi bildirilir.
 
Xatırladaq ki, zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.

Google+ WhatsApp ok.ru