Azərbaycanda bir neçə ərazinin qaz təchizatı dayandırılacaq 26 İyul 2019 09:50 Xəbərlər İsmayıllı rayonu ərazisində aşkar olunan qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı olaraq bu gün saat 09:00-dan 18:00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb. Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Qeyd edilib ki, saat 10:00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə 1 qəsəbə və 7 kənddə qaz təchizatı dayandırılacaq. Teqlər : #Azərbaycanda,#bir,#neçə,#ərazinin,#qaz,#təchizatı,#dayandırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ucarda zavod səhmdarları aksiya keçirib İqtisadçı: 'Məhsulların maya dəyəri artır'