Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların daha iki qrupu bu gün yola düşür 03 Avqust 2019 09:40 Ölkə Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların daha iki qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Qeyd olunub ki, hər qrupda 180 zəvvar olmaqla bu gün yola düşür. Qruplardan biri saat 11:00, digəri isə 13:00 radələrində yola düşəcək. Ötən gün isə hər biri 180 zəvvardan ibarət olmaqla iki qrup Şəudiyyə Ərəbistanına yola düşmüşdür. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Xatırladaq ki, zəvvarların avqustun 2-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınırlar. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Teqlər : #Azərbaycandan,#Həcc,#ziyarətinə,#gedən,#zəvvarların,#daha,#iki,#qrupu,#gün,#yola,#düşür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda yeni foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazları quraşdırılacaq Bakıdakı ikinci metro terrorundan 25 il ötür