Azərbaycan, İran və Rusiya prezidentlərinin Soçi görşü təxirə salınıb

Azərbaycan, İran və Rusiya prezidentlərinin Soçi görşü təxirə salınıb

Avqustun 14-ə Soçidə keçirilməsi planlaşdırılan Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü təxirə salınıb. 
 
Maide.Az İSNA agentliyinə istinadla xəbər verir ki,  bunu İran prezident ofisinin  mətbuat xidmətinin sədr müavini Pərviz İsmaili deyib. 
 
P.İsmaili deyib ki, prezidentlərin Soçidə sabah keçirilməsi planlaşdırılan görüşü  3 ölkənin razılığın ilə texniki səbəblərdən təxirə salınıb. 
 
Azərbaycan, İran və Rusiya prezidentləri İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin 2016-cı ilin avqustunda Bakıda görüşüblər. İkinci görüş 2017-ci ilin noyabrında Tehranda olub.
 

 

Google+ WhatsApp ok.ru