Azərbaycanda zəhərlənmələrin əsas SƏBƏBİ - 95 faiz bu imiş...

Azərbaycanda zəhərlənmələrin əsas SƏBƏBİ - 95 faiz bu imiş...

Qida zəhərlənmələrinin təxminən 95 faizinin laborator ekspertiza göstəricilərində insanların şəxsi gigiyena qaydalarına əməl etməmələri səbəbindən baş verdiyi məlum olub.
 
Maide.Az Trend-ə istinadla bildirir ki,  bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
 
Onun sözlərinə görə, aparılan audit və monitorinqlər nəticəsində ictimai iaşə müəssisələri ilə müqayisədə ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi qaydalarına daha çox riayət edildiyi məlum olur: "Bütün qida zəhərlənmə faktları bir daha onu sübut edir ki, qida təhlükəsizliyi qaydalarına daha çox ictimai iaşə müəssələrində riayət edilmir. Bu müəssisələrə insanların kütləvi qidalandığı müəssisələr, xüsusilə də şadlıq evləri, restoranlar, kafelər aiddir. Qida təhlükəsizliyi sistemində əsas məsələ təkcə qidaların keyfiyyəti deyil, eləcə də burada işləyən şəxslərin gigiyena qaydalarına əməl etməsidir. Məhsul bütün təhlükəsizlik göstəricilərinə uyğun istehsal oluna, düzgün daşına bilər, amma emal prosesi zamanı həmin şəxslər müvafiq sanitar-gigiyenik qaydalara əməl etməsələr, toy mərasimlərində insanlar arasında kütləvi şəkildə mədə-bağırsaq pozğunluğu baş verə bilər".
 
Q.Təhməzli bunu da əlavə edib ki, qida yağlarının tərkibində trans yağların faizinin yüksək olması insan orqanizmi üçün təhlükəlidir:
 
"Təşəbbüsümüz ondan ibarətdir ki, Azərbaycana idxal və istehlak olunacaq yağlarda trans yağların faizi 2-ni ötməməlidir".
 

Google+ WhatsApp ok.ru