Azərbaycan İslam Partiyası möminə xanıma qarşı açılan cinayət işinə etirazını bildirdi

Azərbaycan İslam Partiyası möminə xanıma qarşı açılan cinayət işinə etirazını bildirdi

AİP Qobustan Qapalı Tipli həbsxanada məhbus həyatı yaşayan Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə barədə qaldırılan cinayət işini qərəzli və hüquq-mühafizə orqanlarına utanc gətirən addım kimi qiymətləndirib.
 
Maide.Az bildirir ki, bu haqda partiyanın Mətbuat xidmətindən İslminSesi-nə daxil olan məlumatda deyilir:  
 
“Qobustan Qapalı Tipli həbsxanada məhbus həyatı yaşayan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı möminə xanım Leyla İsmayılzadə barədə cinayət işinin qaldırılmasını qeyri-obyektiv araşdırmanın nəticəsi olaraq qəbul edilmiş qərar kimi qiymətləndiririk. Bu xanıma və ümumən Azərbaycan xanımına, xüsusən möminə analara yapışmayan belə ittihamlara cəmiyyətimizdə münasibət birmənalıdır.
 
Azərbaycan İslam Partiyası da Leyla İsmayılzadə barədə açılmış cinayət işini qərəzli və ölkəmizin hüquq-mühafizə orqanlarına utanc gətirən addım kimi qiymətləndirir. Hesab edirik ki, bir xanıma, möminə anaya, pak qəlbli insana qarşı qərəzli ittiham bu əmələ rəvac verənlərə və ümumən dövlətimizə qarşı müsəlman xalqımızda güvənsizlik, ümidsizlik sindromu yaratmaqdan başqa bir şeyə xidmət eləmir. Ümid edirik ki, yol verilən düşünülməmiş addım geri atılacaq, geniş cəmiyyətdə etiraz doğuran bu neqativ hal tezliklə aradan qaldırılacaqdır”.
 

Google+ WhatsApp ok.ru