Azərbaycanda ətin satışı ƏDV-dən azad edilir 23 Oktyabr 2019 09:30 Ölkə Azərbaycanda heyvan ətinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Maide.Az bildirr ki, APA-nın məlumatına görə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək. Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur. Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir. Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib. Teqlər : #Azərbaycanda,#ətin,#satışı,#ƏDVdən,#azad,#edilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar Lavrov Türkiyənin Suriyadakı hərbi əməliyyatının bitdiyini bəyanat etdi