Azərbaycan qadınları kişilərdən çox yaşayır - ORTA ÖMÜR UZUNLUĞU

Azərbaycan qadınları kişilərdən çox yaşayır - ORTA ÖMÜR UZUNLUĞU

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda orta ömür uzunluğu ilə bağlı son 5 ilin statistikasını açıqlayıb.
 
Maide.Az bildirir ki, komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məlumatlar dövriliklə əldə edilir:
 
“2014-cü ildə bu göstərici 74,2 yaş, 2015-ci və 2016-cı illərdə 75,2 yaş, 2017-ci ildə 75,4 yaş, 2018-ci ildə 75,8 yaş təşkil edib”.
 
Onun sözlərinə görə, 2019-cu ilə dair statistik məlumatlar ilin yekununda əldə ediləcək.
 
DSK rəsmisi həmçinin qeyd edib ki, kişilər üzrə orta yaş 73.3, qadınlar üzrə 78.2 yaşdır.
 

Google+ WhatsApp ok.ru