Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır 10 Dekabr 2019 09:38 Ölkə Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır. Trend-in məlumatına görə, 2005-ci ildə Azərbaycanda narkomanlar tərəfindən 182 cinayət törədilib. Sonrakı illərdə cinayət törədən narkomanların sayında getdikcə artma müşahidə edilib. 2010-cu ildə narkomanlar tərəfindən 465, 2015-ci ildə 546, 2016-cı ildə 382, 2017-ci ildə 554, 2018-ci ildə 791 cinayət törədilib. Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı 31 432 nəfər olub. 2018-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 1995 nəfər təşkil edib. Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. Teqlər : #Azərbaycan,#narkoman,#narkotik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hicab probleminin köklü həllinin zamanıdır - Hacı İlqar İbrahimoğlu Bakı-Sumqayıt yolu bağlandı - Yanğına görə